Aktaudakı təyyarə qəzasının yekun hesabatı nə vaxt açıqlanacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmaya dair yekun hesabat 2025-ci ilin sonuna qədər təqdim ediləcək”.
Bunu Astanada keçirilən mətbuat konfransında Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib.
“Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri, standartları və tövsiyə olunan təcrübəsinə əsasən, araşdırma bir il çəkir. Müvafiq olaraq, cari ilin dekabrına qədər araşdırma üzrə yekun hesabat tamamlanmalıdır”, – deyə T.Lastayev təyyarə qəzasının araşdırılması müddəti ilə bağlı suala cavab verib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı şəhəri üzərində hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
#AZAL teqi istifadə olunub
- Moskva Bakı ilə münasibətlərdə ortaq faciə səhifəsinin çevrildiyini açıqlayır
- “Azərbaycan da məcbur olacaq ki...” | Rusiya “səhifə çevrildi” dedi, bəs bundan sonra? - Baku TV
- Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama - Baku TV
- Hansı uçuşlar təxirə salındı? - AZAL-dan vacib məlumat - Baku TV
- AZAL-ın donanmasına əlavə olunan yeni "Airbus A320neo" təyyarəsinin hansı özəllikləri var? - Baku TV
