Amerikalı diplomat: İlham Əliyev ilə danışıqlar apardıq
Yeniliklərdən dərhal xəbərdar olun
“Dekabrın 6-sı Prezident İlham Əliyevlə 3 saat ərzində danışıqlar aparmışıq. Dövlət başçısı hər bir iştirakçının sualını cavablandırıb, öz fikrini çox aydın və səmimi şəkildə ifadə edib”.
Bunu “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
O, öz nitqində Azərbaycanın gələcəyindən, Mərkəzi Asiya və Avropa ölkələri ilə əlaqələrdən, həmçinin Azərbaycanın iqtisadi və siyasi müstəqilliyə nail olmasından söz açıb.
“Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsi imzalamaq niyyətindədir. O, həmçinin Paşinyanın sülh müqaviləsini imzalamaq üçün sonuncu maneəni, yəni, Qarabağdan qeyri-qanuni erməni qoşunlarının çıxarılmasını və separatçı siyasi rejimi necə aradan qaldırdığını vurğulayıb”, – sabiq səfir qeyd edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
