“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit keçirəcək - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 5-6-da Bakıda “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit keçiriləcək.
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçiriləcək sammitlə bağlı media nümayəndələri üçün brifinq təşkil olunub.
Brifinqdə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev tədbirin məqsədi, proqramı və hazırlıq prosesi barədə məlumat verib.
Bildirilib ki, sammit 2024-cü ilin noyabrında Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunur.
Məhəmmədəli Xudaverdiyevin sözlərinə görə, sammitdə 70-dən çox ölkədən 200-ə yaxın nümayəndənin iştirakı gözlənilir. İştirakçılar tədbir çərçivəsində “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlığın gücləndirilməsi də müzakirə olunacaq mövzular sırasındadır.
Şöbə müdirinin bildirdiyinə görə, hazırda “ASAN xidmət” təcrübəsi 50-dən çox ölkə ilə bölüşülür. Dünyada bu model əsasında 600-dən çox mərkəz fəaliyyət göstərir və 800 milyondan çox insana xidmət təqdim olunur.
#Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi teqi istifadə olunub
- Dünyanın diqqətini çəkən "ASAN xidmət"in əsas mahiyyəti nədən ibarətdir? - Baku TV
- "ASAN Könüllüləri" üçün hansı şans qapıları açılır? - "Minlərlə könüllü artıq..." - Baku TV
- "YAŞAT" Fondu şəhid ailələri və qazilər üçün hansı imkanları yaradır? - Baku TV
- "ASAN xidmət" vətəndaşların rahatlığı üçün hansı işləri görür? - Baku TV
- Səyyar "ASAN xidmət" avtobusları bölgələrdə necə fəaliyyət göstərir? - Baku TV
