Ermənistanda toponimlərin saxtalaşdırılması | Kəsəmən kəndinin adı necə Arpunk oldu? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların 1980-ci illərin sonlarına qədər yaşadıqları Kəsəmən (indiki Arpunk) azərbaycanlı kəndinin tarixi haqqında araşdırma dərc olunub.
Qeyd olunub ki, kənd ən azı 150 il ərzində Kəsəmən adını daşıyıb. 1978-ci ilin yanvarında kəndin adı Bahar olaraq dəyişdirilib. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı Arpunk qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir. XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.
1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib. 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.
1829–1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Kəsəmən kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 166 nəfər yaşayıb. Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
#Ermənistan teqi istifadə olunub
- Kəsəməndə qırğınlar və deportasiya | Tarixi kənddə azərbaycanlı irsi necə tapıldı?
- Sülh müqaviləsi olmadan tranzit mümkündür?
- Paşinyan razılıq əldə etməsə, növbədənkənar seçkiyə gedəcək? - Baku TV CANLI
- İrəvan TRIPP üzrə sazişi təsdiqlədi | Marşrut işə düşsə, keçid necə tənzimlənəcək? - Baku TV
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
