AŞPA-da Laçın yolu ilə bağlı qətnamə qəbul edilib
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 22-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyası zamanı Laçın yolu ilə bağlı müzakirələr aparılıb və məruzəçi Paul Qavanın hazırladığı qətnamə layihəsi qəbul edilib.
Qətnamədə bildirilib ki, Assambleya həm Ermənistan, həm də Azərbaycan parlament nümayəndə heyətlərini gərginliyin azaldılması və səmimi əməkdaşlığın qurulması məqsədilə qarşılıqlı maraq doğuran mövzular əsasında əlverişli və səmərəli dialoqun qurulması istiqamətində mümkün addımları müzakirə etməyə dəvət edib.
Parlament Assambleyası xatırladıb ki, 30 ildən artıqdır ki, Azərbaycan və Ermənistan arasında münaqişə gedir və hər 2 ölkə 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olduqdan sonra bu mübahisəni sülh yolu ilə həll etmək öhdəliyi götürüb.
Qətnamədə bildirilib ki, Assambleya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınmasını alqışlayır və bunu artıq hər 2 tərəfdən çoxlu ölüm və faciələrə səbəb olan münaqişənin sona çatması istiqamətində ilk addımlar kimi görür.
Ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Laçın yoluna həsr olunan qətnamənin müzakirələri zamanı bildirib ki, qətnamə siyasi məqsədlə müzakirəyə çıxarılıb.
“AŞPA-da aparılan müzakirələr sülhə mane olur. Bu qətnamə qələmə verildiyi kimi təkcə insan hüquqlarını müdafiə etmək məqsədilə deyil, siyasi məqsədlə müzakirəyə çıxarılıb. Məruzəçi qətnamədə Dağlıq Qarabağ kəlməsini çıxarmağa etiraz edir. Halbuki Dağlıq Qarabağ kəlməsi artıq mövcud deyil. Qarabağ Azərbaycanın tərkib hissəsidir və ölkə səviyyəsində dağlıq sözünün çıxarılması haqqında qərar verilib, – deyə Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, aparılan söhbətlər Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib: “Heç kim deyə bilməz ki, Qarabağ əhalisi, habelə uşaqlar arasında acından ölüm halı baş verib. Heç kim deyə bilməz ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağa girişinə mane olunub”.
#Laçın yolu teqi istifadə olunub
- Qarın yağması işimizə mane olmur | Apreldə yağan qar sakinlərin sevincinə səbəb oldu
- Laçın yolunda son vəziyyət: Qarabağı nə qədər erməni tərk edib?
- MN təkzib etdi: ermənilərdən Rusiya sülhməramlıları ilə bağlı növbəti dezinformasiya
- Separatçılardan qondarma rejimin bayrağı ilə təxribat: Xankəndidən görüntülər
- Ermənistan və Azərbaycan arasında sülhü ləngidən əsas səbəb: Hikmət Hacıyev açıqladı
