Pleyeri seçin:

Ayxan Hacızadə: Bizimlə heç kim təhdid dilində danışa bilməz

26 oktyabr 2023 425 baxış

“25 oktyabr tarixində Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Kanadanın xarici işlər naziri Melani Joli ilə birgə mətbuat brifinqi zamanı səsləndirilmiş iddiaları qətiyyətlə pisləyirik”.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın və Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatlarına dair şərhində əksini tapıb.

Bildirilib ki, Ermənistan xarici işlər naziri sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə, növbəti dəfə siyasi manipulyasiya ilə məşğul olur:

“Azərbaycana qarşı hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən və 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan və cəzasızlıqdan sui-istifadə edən bir ölkənin xarici işlər nazirinin Azərbaycanın öz suveren ərazilərində heç bir mülki əhalini hədəf almadan həyata keçirdiyi antiterror tədbirini “təcavüz” və “etnik təmizləmə” əməli adlandırması yalan və saxta iddia kimi qəbuledilməzdir.

Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi isə tamamilə əsassızdır.

Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.

Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə qeyd edək ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz”.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 425 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 425 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 425 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 425 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 425 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 425 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 425 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 425 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 425 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 425 baxış
Seçilmişlər
icon