Azərbaycan BMT ilə razılığa gəldi: BMT rəsmiləri Qarabağa niyə gəlir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan hökumətinin dəvəti ilə BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisinin himayəsi altında həftəsonu Qarabağa səfər baş tutacaq”.
Bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında məlumat verib.
O, Azərbaycan tərəfinin etnik ermənilərin hüquqlarına hörmətlə yanaşdığını, bölgədə beynəlxalq insan hüquqlarının bərpa olunmasının tərəfdarı olduğunu deyib:
“Missiya Azərbaycan ərazilərindən bölgəyə daxil olacaq. Komanda yerdəki vəziyyəti qiymətləndirməyə və hər iki tərəfdə insanların humanitar ehtiyaclarını müəyyən etməyə çalışacaq. Bəzi qarışıq siyasi məsələlər səbəbi ilə BMT 30 ildir bölgədə deyildi və belə bir ziyarət ilk dəfə təşkil olunacaq”, – deyə o bildirib.
Qeyd edək ki, missiya təxminən 10 gündən az olmamaqla bölgədə fəaliyyət göstərəcək.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
