Azərbaycan bundan əl çəkməyib, Ermənistan isə... | "Hraparak"dan sensasiyalı məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı tələblərindən imtina etməyib.
Bu barədə “Hraparak” yazır.
Erməni nəşri xatırladır ki, İrəvan fevralın 25-də gözlədikləri sülh müqaviləsi ilə bağlı Bakının cavabını aldıqlarını açıqlayıb, amma hansı cavabı aldıqları açıqlanmır:
“Nikol Paşinyan dünən bildirib ki, razılığa gəlməyiblər. Razılaşdırılmamış məqamlara daha ikisinin əlavə olunduğuna dair ehtimallar var: Zəngəzur dəhlizinin açılması və Ermənistanda yeni konstitusiyanın qəbulu. Son vaxtlara qədər ikitərəfli bəyanatlar verilirdi ki, iki məsələdə razılığa gəlməyiblər: bir-birinə qarşı beynəlxalq məhkəmələrdə iddialardan imtina etmək və üçüncü dövlətlərin nümayəndələrini sərhəddə yerləşdirməmək”.
“Hraparak”ın yazdığına görə, razılaşdırılmamış iki müddəa Ermənistan konstitusiyasına düzəliş və Zəngəzur dəhlizi ilə bağlıdır:
“Yollarla bağlı bəndin müqavilədən çıxarıldığı barədə aylar əvvəl açıqlama olmuşdu. İrəvan indi bunu təkzib etsə də, müqavilədə belə bəndlərin olmadığını bildirsə də, gedişat və Azərbaycandan gələn son mesajlar göstərir ki, Bakının dedikləri gec-tez reallığa çevrilir”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
