Pleyeri seçin:

Azərbaycan-Çin münasibətləri yüksək səviyyədə inkişaf edir

26 iyul 2023 265 baxış

Azərbaycanın xarici siyasət strategiyasında böyük nəticələrlə xarakterizə olunan qalibiyyətlərdən biri də Çin ilə qarşılıqlı münasibətlərin dinamik inkişaf səviyyəsində qorunmasıdır.

Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi beynəlxalq münasibətlər platforması çərçivəsində formalaşan Azərbaycan-Çin münasibətləri qarşılıqlı siyasi etimad, dinamik iqtisadi əlaqələr, perspektivlərin düzgün dəyərləndirilməsi və beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan qarşılıqlı dəstəklə xarakterizə olunur.

Rəsmi Bakı Çin ilə əlaqələrin bütün sahələr üzrə genişləndirilməsində maraqlıdır.

Xatırlatmaq lazımdır ki, Azərbaycan-Çin əlaqələrinin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Hələ 2500 il bundan öncə bu yol vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olub. Rəsmi Bakı ilə Pekinin münasibətləri ulu öndər Heydər Əliyevin 1994-cü ilin martında Çinə səfərindən sonra çoxşaxəli istiqamət götürüb və bu cür də davam edir.

Çin Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiyadakı bir sıra qlobal layihələrə, xüsusilə TRASEKA çərçivəsində reallaşdırılan Şərq-Qərb layihəsinə böyük maraq göstərir və birmənalı şəkildə Azərbaycanı dəstəkləyir. Biz də öz növbəmizdə 2013-cü ildə Çinin irəli sürdüyü “Bir Kəmər və Bir Yol” təşəbbüsünü açıq, aydın, tərəddüdsüz və israrlı şəkildə müdafiə etmişik.

2019-cu ilin aprelində Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək üçün Çinə işgüzar səfər edib.

Bu münasibətlərin real nəticəsidir ki, ötən il Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,3 milyard dollar məbləğində olub. Bu göstərici Çinin Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 43 faizini təşkil edir.

Car ilin aprelində Azərbaycanın Çindəki səfirliyində keçirilən biznes forumunda 100-ə yaxın Çin şirkətinin nümayəndəsi iştirak edib. Bu fakt deməyə əsas verir ki, Azərbaycan-Çin münasibətlərinin sıçrayışı qarşıdakı illərdə özünü yeni müstəvidə göstərəcək.

Onu da qeyd edək ki, hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını açıq müdafiə edən Çin Vətən müharibəsində də ölkəmizi dəstəkləyib. Zəngəzur dəhlizinin açılması istiqamətində səylərini əsirgəməyib. Eləcə də hər zaman rəsmi Bakıdan eyni etimadı görüb.

Prezident İlham Əliyevin də “China Media Group” media korporasiyasına müsahibəsində qeyd etdiyi kimi, Çinin ərazi bütövlüyünü, birləşmə siyasətini hər zaman dəstəkləyirik.

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?

Siyasət
25 sentyabr 2026 265 baxış
Hadisə ilə bağlı cinayət işi açıldı

Hadisə ilə bağlı cinayət işi açıldı

Siyasət
25 sentyabr 2026 265 baxış
Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Prezident İlham Əliyev "Brookfield Asset Management"in icraçı direktorunu qəbul edib - Baku TV

Siyasət
25 sentyabr 2026 265 baxış
ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

ABŞ-nin müdafiə nəhəngləri “ADEX”də: Azərbaycan üçün hansı imkanlar var? - HƏRBİ XRONİKA

Siyasət
25 sentyabr 2026 265 baxış
Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Xəzərdə təxribat, yoxsa...? - Qazaxıstanlı hərbçiləri ölümə aparan hadisənin əsl səbəbi - Baku TV

Siyasət
25 sentyabr 2026 265 baxış
“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

“Global Infrastructure Partners”in rəhbəri Bakıda | Nələr müzakirə edildi? - Baku TV

Siyasət
25 sentyabr 2026 265 baxış
İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul etdi - Baku TV

Siyasət
25 sentyabr 2026 265 baxış
ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

ABŞ-Çin arasında böyük sövdələşmə: kim nədə güzəştə gedəcək? - AKTUAL GÜNDƏM

Siyasət
25 sentyabr 2026 265 baxış
Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Dünyanın nüfuzlu investisiya şirkətinin rəhbəri Azərbaycanda - Baku TV

Siyasət
25 sentyabr 2026 265 baxış
Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Tacikistanın Baş naziri Prezident İlham Əliyevin qəbulunda - Baku TV

Siyasət
25 sentyabr 2026 265 baxış
Seçilmişlər
icon