Azərbaycan ərazisində 10 mindən çox separatçı silahlandırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
“30 ilə yaxın hərbi işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi misli görünməmiş əzablara, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib və qarşı tərəfə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin bütövlüyü və toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi çərçivəsində hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.
Nazir deyib ki, son bir neçə ay ərzində beynəlxalq tərəfdaşların yekdil səyləri sayəsində danışıqlar prosesi güclənib və məhdud, lakin ümidverici nəticələr verib:
“Buna baxmayaraq, müşahidə etdiyimiz tendensiya, Ermənistanın danışıqları imitasiya etmək, götürdüyü öhdəliklərdən son anda yayınmaq və konkret qərarlar qəbul etməkdən çəkinmək üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətmək üçün keçmiş təcrübəsini təkrarlaması oldu”.
“Beləliklə, Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri yenidən Ermənistanın revanşizm siyasətinin qurbanına çevrildi. 2020-ci ilin noyabrından başlayaraq üç ilə yaxın müddət ərzində Ermənistan Azərbaycanın suveren ərazisində, Laçın yolundan sui-istifadə edilməsi ilə separatizmi qızışdırmaq məqsədilə on mindən çox insanın ağır hücum silahları ilə təchiz olunmuş silahlı qüvvələrə dəstək göstərib”, – C.Bayramov qeyd edib.
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
