Pleyeri seçin:
Azərbaycan Ermənistanla yeni səhifə açmağa hazır olduğunu bəyan etdi | Prezident
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq müstəvidə ölkəmizin sülh gündəliyini bir daha bəyan edib. Dövlət başçısı bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərdə yeni səhifə açmağa, qarşılıqlı hörmət və ərazi bütövlüyünün tanınması prinsipləri əsasında sülh müqaviləsini imzalamağa hazırdır. Prezident vurğulayıb ki, regionda davamlı sabitliyin bərqərar olması üçün Ermənistan öz konstitusiyasındakı ərazi iddialarını aradan qaldırmalı və revanşist meyillərdən tamamilə imtina etməlidir. Bu bəyanat Azərbaycanın bölgədə hərbi gərginliyin deyil, iqtisadi inkişafın və əməkdaşlığın tərəfdarı olduğunu növbəti dəfə sübut edir.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür - Baku TV
- Paşinyanın Azərbaycana sülh mesajları ilə Ermənistanın iddiaları niyə toqquşur? - Baku TV
- Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm | Nikol Paşinyan - Baku TV
- Prezidentin Şamaxıya səfərinin yekunları
- Millət vəkili Prezident İlham Əliyevin Şamaxıya səfərini şərh etdi - Baku TV
