Pleyeri seçin:

Nizami rayonunda keçirilən konfransda suverenliyin əhəmiyyətindən danışıldı - Baku TV

19 sentyabr 2026 274 baxış

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilib.

“Zəfərlə ucalan Azərbaycan və suverenlikdən doğan güc” mövzusunda keçirilən tədbirdə Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Konfransda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, müxtəlif çıxışlar dinlənilib. Çıxışlarda 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərinin Azərbaycanın suverenliyinin bütün ölkə ərazisində bərpası ilə nəticələndiyi vurğulanıb. Bildirilib ki, həmin hadisələrdən sonra Azərbaycan tarixində yeni mərhələ başlayıb və ölkənin ərazi bütövlüyünün tam bərpası regionda təhlükəsizlik məsələlərinə də təsir göstərib.

Tədbirdə 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsinin əhəmiyyətindən də danışılıb. Qeyd olunub ki, bu tarix Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən biridir. Çıxışlarda suverenliyin yalnız siyasi anlayış deyil, həm də milli dövlətçilik, kimlik və gələcək nəsillər üçün mühüm dəyər olduğu vurğulanıb.

Banner
Axta qəbiristanlığı: daşların danışdığı tarix | Bir zamanlar azərbaycanlıların yaşadığı kənd

Axta qəbiristanlığı: daşların danışdığı tarix | Bir zamanlar azərbaycanlıların yaşadığı kənd

Siyasət
14 noyabr 2026 274 baxış
Media və Yayım Şurası auditoriyanı yanıldan vizual təqdimatlara yol verilməməsini tələb edib

Media və Yayım Şurası auditoriyanı yanıldan vizual təqdimatlara yol verilməməsini tələb edib

Siyasət
14 noyabr 2026 274 baxış
Silah istehsalında güclü olan ölkələr sursat tələbatını niyə qarşılaya bilmir? - HƏRBİ XRONİKA

Silah istehsalında güclü olan ölkələr sursat tələbatını niyə qarşılaya bilmir? - HƏRBİ XRONİKA

Siyasət
13 noyabr 2026 274 baxış
Tərəflər Dublində enerji əməkdaşlığını müzakirə ediblər

Tərəflər Dublində enerji əməkdaşlığını müzakirə ediblər

Siyasət
13 noyabr 2026 274 baxış
Azərbaycanla Böyük Britaniya arasında mühüm sənəd

Azərbaycanla Böyük Britaniya arasında mühüm sənəd

Siyasət
13 noyabr 2026 274 baxış
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar - Baku TV

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar - Baku TV

Siyasət
13 noyabr 2026 274 baxış
"Azərbaycan da bununla heç vaxt razılaşmaz" | Moskvanın NATO ilə bağlı tələbləri nədir? - Baku TV

"Azərbaycan da bununla heç vaxt razılaşmaz" | Moskvanın NATO ilə bağlı tələbləri nədir? - Baku TV

Siyasət
13 noyabr 2026 274 baxış
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqda yeni mərhələ | Deputatdan detallı şərh - Baku TV

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıqda yeni mərhələ | Deputatdan detallı şərh - Baku TV

Siyasət
13 noyabr 2026 274 baxış
İlham Əliyev və Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb - Baku TV

İlham Əliyev və Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb - Baku TV

Siyasət
13 noyabr 2026 274 baxış
Prezidentin Paşinyanla görüşündə diqqətçəkən müzakirələr | Sülh prosesi necə davam edəcək? - Baku TV

Prezidentin Paşinyanla görüşündə diqqətçəkən müzakirələr | Sülh prosesi necə davam edəcək? - Baku TV

Siyasət
13 noyabr 2026 274 baxış
Seçilmişlər
icon