Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hərəkətə keçdi | Nazir detalları açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
“İqlim dəyişmələri ölkəmizdə kənd təsərrüfatı, su ehtiyatları, meşə və biomüxtəliflik, səhiyyə, turizm və digər sahələrə ciddi təsir göstərir”.
Bu sözləri Bakıda keçirilən “Hüquq və iqlim” adlı beynəlxalq konfransın açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir iqlim dəyişmələrinin sahilyanı zonalara təsirini xüsusi vurğulayıb: “Son illərdə Xəzər dənizinin səviyyəsi ciddi şəkildə azalır. Bunun səbəbləri həm texnogen, həm də antropogen xarakter daşıyır”.
Muxtar Babayev qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi iqlim dəyişikliyinə qarşı beynəlxalq əməkdaşlığın əsasını təşkil edir:
“Paris Sazişi dünya ölkələrinin birgə iradəsini göstərərək, qlobal temperatur artımını 1,5 dərəcə selsi ilə məhdudlaşdırmağı hədəfləyir. Bu hədəfə çatmaq üçün güclü hüquqi mexanizmlərin hazırlanması və tətbiqi vacibdir. Beynəlxalq hüquq iqlim dəyişikliyi ilə mübarizədə ən güclü vasitədir. Artıq bir çox ölkə məhkəmələrində iqlim dəyişikliyinin təsirləri ilə bağlı iddialara baxılır və qərarlar çıxarılır.
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində Paris Sazişi üzrə öz milli töhfələr sənədini təqdim edib və bu sahədə ciddi addımlar atılır. Bu sənəd vasitəsilə istixana qazları emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə qarşı dayanıqlığımızı gücləndirmək üçün hədəflər müəyyən edilib”.
#Muxtar Babayev teqi istifadə olunub
- Tədbirdə qlobal iqlim fəaliyyətində gənclərin rolundan danışıldı - Baku TV
- “Fəlakətlərin sayı 5 dəfə artıb” | İqlim dəyişikliyinin aqrar sektora təsirləri - Baku TV
- “Azərbaycanın çox ambisiyalı enerji planları var” | Muxtar Babayev
- "Bu, trilyonlarla dollar investisiyadır" | Muxtar Babayev tarixi nailiyyətdən danışdı
- Muxtar Babayev su qıtlığından danışdı
