Azərbaycan İsrailə səfir təyin edib
Muxtar Məmmədov Azərbaycanın İsraildə fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Muxtar Məmmədov 1983-cü ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavriat, Belçikanın Avropa Kollecində Avropaşünaslıq ixtisası üzrə magistratura, daha sonra Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların yenidən hazırlanması fakültəsində "Dövlət qulluğunun təşkili və idarəedilməsi" ixtisası üzrə magistratura təhsili alıb.
2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində, o cümlədən 2009-2013-cü illərdə Azərbaycanın Belçika Krallığındakı səfirliyində müxtəlif diplomatik vəzifələrdə işləyib. 2013-2021-ci illərdə Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri və aparatın rəhbəri vəzifələrində çalışıb.
Prezident İlham Əliyevin 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 2021-ci il aprelin 29-dan indiyədək elm və təhsil nazirinin müavini vəzifəsində çalışıb. İngilis, rus və türk dillərini bilir. Ailəlidir, iki övladı var.
#İsrail teqi istifadə olunub
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Pentaqondan əlavə qüvvələr, İsraildən əməliyyat hazırlığı | Yaxın Şərqdə gərginlik yenidən pik həddə
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
- Katz İranın İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə biləcəyini bildirib
- 235 milyon dollarlıq raket müqaviləsi: Azərbaycan bu silahı niyə alacaq? - HƏRBİ XRONİKA
