Azərbaycan müdafiə naziri Laçında Pakistan Quru Qoşunları komandanı ilə görüşdü
Laçın şəhərində Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı feldmarşal Asim Munirlə görüşüb.
Pakistanlı qonağı ölkəmizdə görməkdən məmnun olduğunu bildirən nazir onu "feldmarşal" ali hərbi rütbəsi alması münasibətilə təbrik edib.
General-polkovnik Zakir Həsənov dost və qardaş ölkə Pakistanla əlaqələrin digər sahələrdə olduğu kimi hərbi sahədə də genişləndirilməsinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən feldmarşal Asim Munir hərbi əlaqələrimizin inkişafı məqsədilə qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.
Tərəflər Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən müasir texnoloji yeniliklərin tətbiqi ilə birgə təlimlərin intensivliyinin artırılmasına dair fikir mübadiləsi aparıb, həmçinin maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
#Zakir Həsənov teqi istifadə olunub
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Bakıda Türkiyənin Zəfər Bayramı münasibətilə rəsmi tədbir təşkil edildi - Baku TV
- Hərbi hissələrdə xidmət və sosial şəraitə xüsusi diqqət göstərilir - Baku TV
- Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib - Baku TV
- Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib - Baku TV
