Azərbaycan öz qüdrətini sübut etdi: Ermənistan məğlub oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Nəhayət, BMT-nin faktaraşdırıcı missiyası Qarabağa gəldi və yekun bəyanat da yaydı.
Bölgədə mülki infrastruktura və yerli əhaliyə heç bir ziyan dəymədiyini ehtiva edən bəyanat həm də erməni yalanlarının və iddialarının növbəti fiaskosu oldu. Çünki etnik təmizləmə, irqi ayrı-seçkilik və işğalçılıqla beynəlxalq hüququn bütün normalarını pozan Ermənistanın qurumdan nəsə umması elə beynəlxalq hüquqa hörmətsizlik idi.
Siyasi analitik Elçin Mirzəbəyli məsələ ilə bağlı bildirib ki, Ermənistanın Azərbaycanın guya erməniəsilli sakinlərə qarşı hansısa addımlar atması barədə uydurma məlumatları növbəti dəfə iflasa uğradı: “Eyni zamanda bəlli oldu ki, əksinə, Azərbaycan erməni sakinlərin regionda qalması üçün bütün mümkün imkanlardan istifadə edir və bütün şəraiti onlar üçün yaradıb”.
Ermənistan Azərbaycana qarşı qətnamələrin qəbul edilməsi üçün həm BMT Təhlükəsizlik Şurasını çağırıb, həm də Beynəlxalq Ədalət Məhkəməsində vəsatətlər qaldırıb. Lakin hər dəfə məğlubiyyətə düçar olub. Blokada və humanitar fəlakətlə üz-üzə qalmaları barədə iddialarının həqiqət olmadığı hüquqi cəhətdən əsaslandırılıb. Ermənistan istər cəbhədə, istərsə də diplomatik müstəvidə mənfur planlarını həyata keçirməyə çalışsa da, hər iki istiqamətdə məqsədinə nail ola bilməyib. Azərbaycan haqqı olanı əldə edərək əzəli və əbədi torpaqlarında suverenliyini tam bərpa edib.
#BMT missiyası teqi istifadə olunub
