Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verib. Özbəkistan və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin qarşısından keçib. Sonra rəsmi foto çəkdirilib.
İyulun 2-də İlham Əliyevin Şavkat Mirziyoyevlə təkbətək görüşü olub.
Daha sonra İlham Əliyev və Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib.
#Özbəkistan teqi istifadə olunub
- Şavkat Mirziyoyev İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib - Baku TV
- Özbəkistanlı mütəxəssislər SOCAR-ın bir sıra müəssisələri ilə tanış olublar - Baku TV
- "Bu çıxışlardan çox təsirləndim..." | Özbəkistan beynəlxalq tədbirə ev sahibliyi edir - Baku TV
- Uşaqların təhsili və sağlamlığı gündəmdə | Özbəkistandakı beynəlxalq tədbirin mahiyyəti - Baku TV
- Özbəkistan Prezidenti SOCAR və BP rəsmiləri ilə görüşdü - Baku TV
