Pleyeri seçin:
Azərbaycan Prezidenti Almaniya Kansleri tərəfindən rəsmi qarşılandı - Baku TV
Prezident İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.
Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlət başçısını qarşılayıb.
Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib.
Fəxri qarovul dəstəsinin rəisi dövlət başçısına və Federal Kanslerə raport verib.
Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - Baku TV
- İlham Əliyevin Kambocanın Baş naziri ilə görüşü barədə detallar - Baku TV
- Prezident İlham Əliyev ticarət dövriyyəsinin artırılması üçün yeni imkanlardan danışıb - Baku TV
- Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV
- Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV
