Pleyeri seçin:

Azərbaycan Prezidenti Pakistan Baş nazirinə təbrik məktubu ünvanladı

23 mart 2025 697 baxış

Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Pakistanın milli bayramı − Pakistan Günü münasibətilə sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi, gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur. İqtisadiyyat, nəqliyyat-logistika, energetika, investisiya, müdafiə sənayesi və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu birgə fəaliyyətimiz əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir.

Eyni zamanda beynəlxalq məsələlərdə mövqelərimizin üst-üstə düşməsi və qarşılıqlı dəstəyimiz Azərbaycan-Pakistan qardaşlığının bariz ifadəsi olaraq ölkələrimizin və xalqlarımızın ümdə mənafelərinə xidmət edir.

Əminəm ki, xalqlarımızın sınaqdan çıxmış qardaşlığı və birliyindən güc alan Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətləri və strateji tərəfdaşlığı bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə və dərinləşməyə davam edəcək.

Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

Banner
Xancığazdan Şəkiyə uzanan köç yolu: sakinlər hansı çətinliklərlə üzləşdilər? - Baku TV

Xancığazdan Şəkiyə uzanan köç yolu: sakinlər hansı çətinliklərlə üzləşdilər? - Baku TV

Siyasət
10 oktyabr 2026 697 baxış
Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV

Bakıda diqqətçəkən görüş: İlham Əliyev və Ramzan Kadırov birgə nahar etdilər - Baku TV

Siyasət
10 oktyabr 2026 697 baxış
Xancığaz kəndinin tarixi Azərbaycan əhalisi haqqında hansı məlumatları üzə çıxarır? - Baku TV

Xancığaz kəndinin tarixi Azərbaycan əhalisi haqqında hansı məlumatları üzə çıxarır? - Baku TV

Siyasət
10 oktyabr 2026 697 baxış
Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Çeçenistan Respublikasının başçısı Bakıda səfərdədir - Baku TV

Siyasət
10 oktyabr 2026 697 baxış
Putin və Tramp arasında Azərbaycanla bağlı diqqətçəkən dialoq - Baku TV CANLI

Putin və Tramp arasında Azərbaycanla bağlı diqqətçəkən dialoq - Baku TV CANLI

Siyasət
10 oktyabr 2026 697 baxış
"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV

"Bacara bilmədim, inana bilmirəm..." | Tramp Putinin ona Bakı barədə dediklərini açıqladı - Baku TV

Siyasət
10 oktyabr 2026 697 baxış
Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV

Adı iki dəfə dəyişdirilən Azərbaycan kəndi: Xancığazda kimlər yaşayıb? - Baku TV

Siyasət
10 oktyabr 2026 697 baxış
Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV

Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV

Siyasət
10 oktyabr 2026 697 baxış
Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV

Prezidentin sosial media hesablarında Türkmənistana səfərinə dair paylaşım edilib - Baku TV

Siyasət
09 oktyabr 2026 697 baxış
Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI

Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI

Siyasət
09 oktyabr 2026 697 baxış
Seçilmişlər
icon