Azərbaycan Prezidenti və Suriyanın keçid dövrü Prezidentinin görüşündən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşü olub.
Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək bununla bağlı Əhməd əl-Şaraanı təbrik edib.
Dövlət başçısı deyib ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.
Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd edib.
Əhməd əl-Şaraa Azərbaycan tərəfinin dəstəyinə görə dövlət başçısına minnətdarlığını bildirib. O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd edib.
Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd əl-Şaraa bununla belə, xarici amillərin bu məsələyə təsirindən narahatlığını vurğulayıb.
Görüşdə eyni zamanda Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunulub. Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Dövlət başçısı Əhməd əl-Şaraanı ölkəmizə səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.
#Suriya teqi istifadə olunub
- Dünya Bankı ölkənin yenidən qurulmasına dəstək verəcək
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib: 6 qadın, 7 uşaq - Baku TV
- Suriya və İranın müdafiə ittifaqına qoşulması ehtimalı hansı sualları doğurur?
- İsrailə məxsus tanklar və hərbi texnika Suriyada hansı məntəqəni hədəfə aldı? - Baku TV
