Pleyeri seçin:

Azərbaycan və Almaniya XİN rəhbərləri Qarabağdakı son vəziyyəti müzakirə etdilər

08 sentyabr 2023 98 baxış

Xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə telefonla danışıb.

Söhbət zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub.

Ceyhun Bayramov bölgədəki vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın yaydığı guya “gərgin humanitar vəziyyət” və “blokada” iddialarının əsassız olduğunu, bunun Ermənistanın siyasi manipulyasiyasının tərkib hissəsini təşkil etdiyini bildirib.

Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkil edilməsi barədə təkliflərin Ermənistan və yaradılan qondarma rejim tərəfindən rədd edilməsinin humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübut etdiyi vurğulanıb.

Postmünaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə maneə olan Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılan qondarma rejimi dəstəkləyən bəyanatlarının, Azərbaycan ərazilərindən silahlı qüvvələrinin çıxarılmamasının təhdid mənbəyi olduğu qeyd edilib.

Telefon danışığı zamanı Ermənistanın davam edən hərbi təxribatları, mina təhdidləri barədə qarşı tərəfə müfəssəl məlumat verilib. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 98 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 98 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 98 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 98 baxış
Seçilmişlər
icon