Pleyeri seçin:
Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə olunub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Dekabrın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici işlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri, eləcə də cari regional vəziyyəti müzakirə ediblər.
Dekabrın 22-də Sergey Lavrov həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanla da telefonla danışıb. Bu barədə Türkiyə mediası məlumat yayıb. Telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə olunub.
Hakan Fidan sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.
Kopyalandı
#Ceyhun Bayramov teqi istifadə olunub
- Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV
- Enerjidən rəqəmsal xidmətlərədək | İqtisadi əlaqələr hansı sahələrdə genişlənə bilər? - Baku TV
- "Buna çox böyük ehtiyac var" | Ceyhun Bayramov Azərbaycan-Hindistan əlaqələrindən danışdı - Baku TV
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- Bakı və Vaşinqton arasında vacib telefon danışığı | Tərəflər nələri müzakirə etdi? - Baku TV
