Azərbaycan və Ermənistan regionu birləşdirəcək? | "Sülh regionda yeni iqtisadi imkanlar açır"
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda regional təhlükəsizlik və regionlararası əlaqələr üzrə nazirlərin görüşündən əvvəl verdiyi bəyanatda Azərbaycanla Ermənistan arasında əldə ediləcək sülhün region üçün kritik əhəmiyyətini vurğulayıb.
Nazir Mirzoyan sülhün bərqərar olmasının nəqliyyat kommunikasiyalarının açılmasına və iqtisadi əlaqələrin sürətli inkişafına zəmin yaradacağını bildirib.
O qeyd edib ki, tezliklə kommunikasiyaların bərpası və nəqliyyat infrastrukturunun qurulması Qafqaz regionunu Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm beynəlxalq tranzit mərkəzinə çevirə bilər.
Geniş tərkibdə keçirilən bu beynəlxalq iclasda Qara dəniz regionunun təhlükəsizliyi, eləcə də Avropa və Asiya arasında enerji və nəqliyyat dəhlizlərinin perspektivləri əsas müzakirə mövzusu olub.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
