Pleyeri seçin:
Azərbaycan və Ermənistanın birgə açıqlamasına ABŞ-dən reaksiya
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ermənistan və Azərbaycanın 2 azərbaycanlı və 32 erməni saxlanılanın azad edilməsi barədə açıqlamasını alqışlayır.
Bu barədə Dövlət Departamentinin bəyanatında qeyd olunur.
“Bu öhdəlik tərəflərin sülh müqaviləsi prosesini yekunlaşdırmaq və münasibətləri normallaşdırmaq üzərində işlədiyi bir vaxtda mühüm olan etimadın möhkəmləndirilməsi tədbiridir. Biz Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Cənubi Qafqaz xalqlarının daha dinc və firavan gələcəyinə zəmin yaratmaq üçün birgə səylərinə görə alqışlayırıq. ABŞ davamlı və ləyaqətli sülhə nail olmaq üçün səyləri güclü şəkildə dəstəkləməyə davam edəcək”, – deyə sənəddə bildirilir.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
