Pleyeri seçin:

Azərbaycan və Niderland Krallığının XİN rəhbərləri arasında mühüm müzakirələr aparıldı

19 mart 2025 292 baxış

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Niderland Krallığının xarici işlər naziri Kasper Veldkamp arasında telefon danışığı olub.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Niderland münasibətlərinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar müzakirə olunub.

C.Bayramov qarşı tərəfi bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşmasına baxmayaraq, Ermənistanın Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının mövcudluğunun, habelə Minsk qrupunun və ATƏT-in digər aidiyyəti strukturları ilə bağlı Ermənistan tərəfinin sərgilədiyi mövqenin maneə təşkil etdiyi, sazişin imzalanması üçün bu maneələrin aradan qaldırılmasının vacib olduğu vurğulanıb.

Nazir bununla yanaşı, Azərbaycana qarşı genişmiqyaslı cinayətlər törədilməsində ittiham olunan erməniəsilli şəxslərin məhkəmə prosesi barədə məlumat verərək antiterror tədbirlərindən sonra Azərbaycanın humanistlik nümayiş etdirərək 10 mindən artıq qanunsuz erməni silahlı birləşmələrinin nümayəndələrinin ölkəni tərk etməsinə icazə verildiyini bildirib.

Həbs edilən şəxslərin isə insanlıq əleyhinə cinayətlərdə ittiham olunduğu qeyd olunub və guya bu həbslərin əsassız olduğu barədə Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının heç bir əsasının olmadığı vurğulanıb.

Bu xüsusda BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun sözügedən məsələ ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu 13 mart 2025-ci il tarixində dərc olunmuş rəyi barədə məlumat təqdim edilib.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Banner
“Beynəlxalq hüququ, ədaləti bərpa etdik, öz gücümüzə...” | Prezidentdən vacib açıqlamalar - Baku TV

“Beynəlxalq hüququ, ədaləti bərpa etdik, öz gücümüzə...” | Prezidentdən vacib açıqlamalar - Baku TV

Siyasət
27 oktyabr 2026 292 baxış
Prezident: “Daxili risklərimiz yoxdur, potensial risklər hüdudlarımızdan kənardan gəlir” - Baku TV

Prezident: “Daxili risklərimiz yoxdur, potensial risklər hüdudlarımızdan kənardan gəlir” - Baku TV

Siyasət
27 oktyabr 2026 292 baxış
“Azərbaycanın uğurlu inkişafının əsas səbəblərindən biri...” | Prezident Bakıdakı tədbirdə - Baku TV

“Azərbaycanın uğurlu inkişafının əsas səbəblərindən biri...” | Prezident Bakıdakı tədbirdə - Baku TV

Siyasət
27 oktyabr 2026 292 baxış
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında - Baku TV CANLI

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında - Baku TV CANLI

Siyasət
27 oktyabr 2026 292 baxış
Ərdoğandan türk dövlətləri ilə bağlı çağırış | Hərbi Hava Qüvvələrinin təlimi - YENİ BİR SƏHƏR

Ərdoğandan türk dövlətləri ilə bağlı çağırış | Hərbi Hava Qüvvələrinin təlimi - YENİ BİR SƏHƏR

Siyasət
27 oktyabr 2026 292 baxış
"Parçalanmış dünyada körpülərin qurulması" - Bakıda beynəlxalq forum - Baku TV

"Parçalanmış dünyada körpülərin qurulması" - Bakıda beynəlxalq forum - Baku TV

Siyasət
27 oktyabr 2026 292 baxış
Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstəyini davam etdirəcək - Baku TV

Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqlara dəstəyini davam etdirəcək - Baku TV

Siyasət
27 oktyabr 2026 292 baxış
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nələr müzakirə olunacaq? - Baku TV

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda nələr müzakirə olunacaq? - Baku TV

Siyasət
27 oktyabr 2026 292 baxış
İƏT-in baş katibi "ASAN Xidmət"in fəaliyyəti ilə tanış olub - Baku TV

İƏT-in baş katibi "ASAN Xidmət"in fəaliyyəti ilə tanış olub - Baku TV

Siyasət
27 oktyabr 2026 292 baxış
Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV

Niderland Azərbaycana minatəmizləmə sahəsində dəstək göstərəcək - Baku TV

Siyasət
26 oktyabr 2026 292 baxış
Seçilmişlər
icon