Azərbaycan XİN Paşinyanı faktlarla susdurdu
Yeniliklərdən dərhal xəbərdar olun
“Erməni sakinlərin, həqiqətən də, iddia olunduğu kimi, gündəlik tələbat mallarına ehtiyacları varsa, bunun üçün Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşların dəstəklədiyi “Ağdam-Xankəndi” yolundan istifadə edilməsi mümkündür”.
Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclasında çıxışı zamanı səsləndirdiyi iddialara cavabında belə deyilir.
Açıqlamada bildirilib ki, Nikol Paşinyanın növbəti dəfə bölgədə “gərgin humanitar” vəziyyət barədə iddiaları təkrarlayaraq, Ermənistan tərəfindən humanitar yük adı altında Laçın istiqamətində göndərilən yüklərin qəbul edilməməsini erməni sakinlərə qarşı etnik təmizləmə kimi qələmə verməsi heç bir məntiqə sığmır.
"Azərbaycanın 20 faizə yaxın torpaqlarının işğalı nəticəsində azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmiş, nəinki bu torpaqlardan, Ermənistan ərazisindən də azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirmiş bir ölkənin rəhbərinin etnik təmizləmə iddiaları səsləndirməyə mənəvi haqqı yoxdur. Rəsmi İrəvanın bu iddiaları davamlı olaraq təkrarlaması göstərir ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi təsis edilənədək Ermənistanın Laçın yolundan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin məntəqə təsis edildikdən sonra qarşısının alınması bu ölkəni narahat edir”, – Xarici İşlər Nazirliyinin açıqlamasında belə deyilir.
Nazirlikdən həmçinin vurğulanıb ki, Ermənistan tərəfi əsassız şəkildə “humanitar böhran” barədə iddialar yaymaq və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təxribatlar törətmək əvəzinə bölgədə sülh və sabitlik istiqamətində səy göstərməlidir.
#Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür - Baku TV
- XİN Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb - Baku TV
- Fransa ilə Azərbaycan arasında diplomatik gərginlik yenidən dərinləşdi - ANA XƏBƏR
- Ceyhun Bayramov Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsindən danışdı - Baku TV
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
