Azərbaycana qarşı daha bir qərəzli addım
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ABŞ və Azərbaycan arasında münasibətlər normallaşmayacaq”.
Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
“Biz aydın şəkidlə bildirmişik ki, 19 sentyabr hadisələrindən sonra Azərbaycanla heç nə normal olmayacaq, ta ki biz sülh cığrında tərəqqi görənə qədər. Ona görə də biz bir neçə yüksək səviyyəli görüşləri ləğv etmişik, fəaliyyətləri qınamışıq”, – deyə o bildirib.
O qeyd edib ki, ABŞ bu ölkənin Azərbaycana birbaşa yardımlarını qadağan edən 907 saylı düzəlişdən imtinanın müddətini uzatmayacaq: “Çünki vəziyyətin real yaxşılaşmasını görməmişik. Bütün bunlar sülhü təşviq etmək məqsədi daşıyır”.
Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilib.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
