Pleyeri seçin:

Azərbaycana qarşı qarayaxma kampaniyası | AP-nin qətnaməsinə QAİ-dən reaksiya

25 oktyabr 2024 266 baxış

“Qüvvədə olan beynəlxalq konvensiyalar iştirakçı dövlətlərin üzərinə Azərbaycan xalqına qarşı törədilən sistematik hüquq pozuntuları ilə bağlı konkret öhdəlik qoysa da, onların bir çoxu, ələlxüsus Qərb ölkələri bu məsələyə biganə yanaşıb. Onlar nəinki bu hüquq pozuntularına göz yummuş, hətta Ermənistanı işğal və etnik təmizləmə kimi bədnam əməllərini davam etdirməyə cəsarətləndirmiş və regionda sülhün bərqərar olmasına həmişə əngəl törətmişlər”.

Bu barədə Qərbi Azərbaycan İcmasının (QAİ) Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə ilə bağlı yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə regionda dayanıqlı sülh üçün perspektivlərin ortaya çıxmasından narahat olan sözügedən qüvvələr öz pozucu əməllərini daha da fəallaşdırıb:

“Daha çox parlament xətti ilə həyata keçirilən bu bədnam fəaliyyətlərdə ABŞ Konqresi, Avropa Parlamenti, Fransa, Niderland və digər dövlətlərin parlamentləri xüsusilə canfəşanlıq edirlər.

Onilliklər ərzində azərbaycanlıların Ermənistan ərazisindən və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, onların qayıdışına imkan verilməməsinə, mədəni irsinin sistematik şəkildə dağıdılmasına dəstək verən həmin ikiüzlü qüvvələr bütün bu əməllərin qurbanı olmuş Azərbaycana qarşı olmazın ittihamlar irəli sürürlər”.

İcmanın bəyanatında qeyd edilib ki, Avropa Parlamentinin 2024-cü il oktyabrın 24-də qəbul etdiyi növbəti bədnam qətnamə bu qəbildəndir. Avropa Parlamenti bu qətnamə ilə məlum dairələrin Azərbaycana qarşı COP29 ərəfəsində intensivləşən qarayaxma kampaniyasına öz “töhfəsini” vermiş olur.

“Xatırladaq ki, 1988-ci ildə keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistan SSR-ə verilməsinə dair çağırış etmiş Avropa Parlamenti ötən müddət ərzində Azərbaycan xalqına qarşı düşmənçiliyini institusional səviyyəyə gətirmiş və Azərbaycan əleyhinə nifrət və böhtanla dolu, beynəlxalq hüquqa zidd onlarla sənəd qəbul etmişdir.

Azərbaycan və Ermənistan liderlərinin Kazanda görüşdüyü gündə Avropa Parlamenti tərəfindən belə bir sənədin qəbul edilməsi gülüncdür. Müzakirələrdə sanki bir-biri ilə yarışa çıxan, xüsusən Fransadan olan səlibçi mentalitetli deputatların fikirləri ikrah doğurur.

Qərbi Azərbaycan İcması olaraq Avropa Parlamentinin və qeyrilərinin Azərbaycan xalqına qarşı etnik və dini əsasda ayrı-seçkilik aparan, bölgədə yenidən münaqişəni yaratmağa xidmət edən cəhdlərini və bu mənfur əməllərinə “insan hüquqlarının müdafiəsi” donu geyindirmək cəhdlərini sərt şəkildə qınayırıq.

Sözügedən ünsürlərin anti-Azərbaycan siyasətini, insan hüquqlarından öz siyasi gündəliklərini irəlilətmək cəhdlərini bundan sonra da ifşa etməkdə davam edəcəyik", – deyə məlumatda vurğulanıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 266 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 266 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 266 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 266 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 266 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 266 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 266 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 266 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 266 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 266 baxış
Seçilmişlər
icon