Pleyeri seçin:

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi

19 sentyabr 2024 276 baxış

Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədə əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

Eyni zamanda Sərəncamda bildirilir ki, Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunu darmadağın edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olub.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıb. Cəmi 23 saat davam edən və sentyabrın 20-də başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam bərpa edilib.

Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Elə bu səbəbdən də hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq.

Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM

Zəngəzur dəhlizi təzyiq, güc və tranzit imperiyalarını dağıdacaq? - AKTUAL GÜNDƏM

Siyasət
17 dekabr 2025 276 baxış
Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR

Peskov Rusiyanın istəyini açıqladı | Kirkorov axtarışa verildi | Ukraynaya yardım - YENİ BİR SƏHƏR

Siyasət
17 dekabr 2025 276 baxış
Elektron siqaretlər niyə qadağan ediləcək? | ”Dövlət fiskal maraqları güdməyəcək” - Baku TV

Elektron siqaretlər niyə qadağan ediləcək? | ”Dövlət fiskal maraqları güdməyəcək” - Baku TV

Siyasət
17 dekabr 2025 276 baxış
Rəsmi Budapeşt niyə Ukraynadan üz döndərir? - Baku TV

Rəsmi Budapeşt niyə Ukraynadan üz döndərir? - Baku TV

Siyasət
17 dekabr 2025 276 baxış
"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

"Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama

Siyasət
17 dekabr 2025 276 baxış
Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Barzaxı, Basutçay, Batar, Bataxlı, Bacoğlu - türk tarixinin izi | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
16 dekabr 2025 276 baxış
“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

“Bu sahədə işlər genişləndirilməlidir” | Adnan Özərdən türk dünyasına çağırış - TÜRKOLOJİ QURULTAY

Siyasət
16 dekabr 2025 276 baxış
AHİK-in sədri Sahib Məmmədovdan hesabat

AHİK-in sədri Sahib Məmmədovdan hesabat

Siyasət
16 dekabr 2025 276 baxış
Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Nazirlər Kabineti, AHİK və ASK baş kollektiv sazişi imzalayacaq

Siyasət
16 dekabr 2025 276 baxış
Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Hansı siyasi dairələr Bakı və İrəvan arasında sülhə maraqlı deyil?

Siyasət
16 dekabr 2025 276 baxış
Seçilmişlər
icon