Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri İlham Əliyevə müraciət ünvanlayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.
Müraciətdə deyilir:
“Möhtərəm cənab Prezident, sizin dünyanın lider ölkəsində yüksək səviyyədə qəbulunuz zamanı imzalanmış sənədlərin dəyər və mahiyyəti onun tarixi əhəmiyyətini müəyyən edir.
Azərbaycana qarşı qərəz nümunəsi olan 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən sizin iştirakınızla nümayişkaranə şəkildə aradan qaldırılması sizə olan ehtiram və etimadın təcəssümü, sizin şəxsinizdə Azərbaycan dövlətinə edilən mühüm jest oldu.
Azərbaycanın dövlət başçısı olaraq hər zaman bölgədə sülh, əmin-amanlıq, iqtisadi tərəqqi və əməkdaşlıq ideyalarına sadiqliyiniz, bu istiqamətdə dəyərli səyləriniz, mükəmməl siyasi xəttiniz öz bəhrəsini verir.
Əmin ola bilərsiniz ki, Azərbaycanın din xadimləri, bütün dindarlar hər zaman yanınızdadırlar, müdrik daxili və xarici siyasətinizi dəstəkləyirlər və duaları həmişə sizinlədir”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV
- İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV
- Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı
- İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV
