Azərbaycandan Ermənistanın yalan bəyanatlarına sərt reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan tərəfi öz məkrli siyasətlərini davam etdirmək məqsədilə növbəti dəfə bölgədə vəziyyətə dair məlumatları təhrif edərək saxta və yalan dolu bəyanatlar yaymaqdadır”.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Xarici İşlər Nazirliyinin 28 avqust tarixli bəyanatına dair şərhində deyilir.
Bildirilib ki, Ermənistanın Xarici İşlər Nazirliyinin Azərbaycanın suveren ərazisində təsis etdiyi “Laçın” sərhəd-buraxılış məntəqəsini qanunsuz adlandırmaqla yetinməyib, Azərbaycan qanunvericiliyinə əsasən etnik və irqi zəmində düşmənçiliyin təbliğ olunmasına, eləcə də Azərbaycanın Dövlət bayrağına qarşı təhqiredici hərəkətlər etdiklərinə görə barələrində cinayət işi açılan və 28 avqust tarixində saxlanılan 3 nəfər Ermənistan vətəndaşının qaçırıldığı iddiası yayması bu ölkənin beynəlxalq öhdəliklərinə hörmət etmədiyini göstərir:
“Bununla guya Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını pozduğunu iddia edən Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, məhz etnik və irqi zəmində nifrət əməllərinin qarşısının alınması istiqamətində məhkəmə qərarı mövcuddur və Ermənistan bu hərəkətlərin qarşısını almaq əvəzinə onlarla mübarizə aparan Azərbaycana qarşı bəyanatlar səsləndirir.
Qeyd edilən üç şəxsin yaşı, törətdikləri əməli səmimi etiraf etməklə peşman olmaları nəzərə alınaraq və humanizm prinsipindən çıxış edərək Azərbaycanın onlara qarşı cinayət təqibinə xitam verməsinə baxmayaraq, Ermənistan tərəfinin törədilən cinayətləri ört-basdır etməyə çalışması və Azərbaycanı etnik təmizləmədə təqsirləndirməsi bu ölkənin əsl niyyətindən xəbər verir”.
#Azərbaycan teqi istifadə olunub
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Hindistan Azərbaycan və Ermənistan arasındakı sülh prosesini alqışladı - Baku TV
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- İki ölkə arasında nə dəyişəcək? | Siyasi yaxınlıq iqtisadi sıçrayışa çevrilə bilərmi? - Baku TV
