Pleyeri seçin:

Azərbaycanın daha bir uğur hekayəsi

20 aprel 2024 537 baxış

2023-cü il dekabrın 7-də Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan qəbul edilən birgə bəyanat Azərbaycanın növbəti uğurlarına təkan verib.

Həmin sənəddə Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyinə etimadlarını ifadə edib, sülh üçün tarixi imkanların olduğu bir daha vurğulanıb.

Ermənistan COP29-a ev sahibliyi məsələsində də Azərbaycanın xeyrinə öz namizədliyini geri götürərək dəstəyini nümayiş etdirib. Bu, eyni zamanda iki ölkə arasında diplomatik müstəvidə davam edən müharibənin sonu idi.

2024-cü il aprelin 19-da iki ölkənin yenə də heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdikləri bəyanat və bunun fonunda 30 ildir Ermənistanın işğalı altında olan 4 kəndin bir güllə belə atmadan Azərbaycana qaytarılması ölkəmizin növbəti uğur hekayəsi olub.

2020-ci il 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror əməliyyatı, 2024-cü il aprelin 18-i Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılmasına başlanması və 2024-cü il aprelin 19-da Ermənistanın işğalı altındakı 4 kəndin qaytarılmasını təsdiq edən birgə bəyanat vahid planın tərkib hissəsi kimi Azərbaycanın qüdrətli dövlət olduğunu bir daha sübut edib.

Bu xronoloji ardıcıllıq həm də ölkəmiz əleyhinə daxildən və xaricdən yönələn bütün neqativ fikirlərə Prezident İlham Əliyev siyasətinin tutarlı cavabıdır.

Azərbaycan və Ermənistan arasında aparılan sakit və vasitəçisiz diplomatiya onu göstərir ki, xüsusilə ABŞ və Fransa kimi neoimperialist qüvvələrin müdaxiləsi olmasa, iki ölkə sülhün əldə olunması istiqamətində ciddi nəticələrə imza ata bilər.

Ermənistan öz maraqlarını sivil qaydada davranaraq təmin etməyə çalışsa və başqalarının əlində alət olmasa, regionda davamlı sülh də tam şəkildə təmin oluna bilər.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 537 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 537 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 537 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 537 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 537 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 537 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 537 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 537 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 537 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 537 baxış
Seçilmişlər
icon