Pleyeri seçin:

Azərbaycanın İrandan gözlədiyi addım | Onlar Bakıya təhvil verilir?

28 mart 2024 663 baxış

Azərbaycan-İran münasibətləri yeni mərhələyə qədəm qoyur.

Rəsmi Bakının Tehranla mehriban qonşuluq siyasəti qurmağa yönəlik səyləri son zamanlar iki ölkə arasında müəyyən xoş təmasların yaranmasına gətirib çıxarıb. Azərbaycan və İran hökumət nümayəndələrinin tez-tez bir araya gəlməsi, həmçinin yaxın zamanda Xudafərin körpüsündə dövlət rəsmiləri arasında görüş nəzərdə tutulması ölkələrarası əlaqələrin inkişafında yeni mərhələ açmaq niyyətindən xəbər verir.

Təmasların bu şəkildə inkişafı fonunda İranın hələ də rəsmi Bakının tələb etdiyi cinayətkarları ölkəmizə ekstradisiya etməməsi ciddi narazılıq yaradır. Məsələn, müxtəlif dövlət cinayətlərində ittiham edilən “Hüseyniyyun” qruplaşmasının üzvlərinin Azərbaycana təhvil verilməməsi həm qonşuluq münasibətlərinə, həm də beynəlxalq hüquq normalarına ziddir.

Rəsmi Bakı hər zaman cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq konvensiyalara riayət edib, konkret cinayət törədən şəxslərin qarşı tərəfə təhvil verilməsi məsələsində əməli addımlar atıb. İranın özü ilə də bu faktlar kifayət qədərdir. Uzağa getməyək, elə 2020-ci ildə Azərbaycan 19 nəfər iranlını qarşı tərəfə təhvil verib.

Rəsmi Tehran isə konkret cinayət əməllərində ittiham edilən 20 nəfərin qaytarılması məsələsinin üstündən keçir. Hazırda İranda sərbəst fəaliyyət göstərən “Hüseyniyyun” qruplaşması Azərbaycana qarşı nifrət dolu açıqlamalarını davam etdirir. Halbuki rəsmi Bakı cinayətkar qruplaşmanın rəhbəri və üzvlərini dövlət əleyhinə cinayətlərə görə beynəlxalq axtarışa verib.

Həmin şəxslər indi də İran ərazisindədir və öz çirkin əməllərini oradan həyata keçirirlər. Azərbaycanın öz cənub qonşusundan gözlədiyi konkret tələb var – beynəlxalq axtarışda olan cinayətkarların Azərbaycana təhvil verilməsi. Konkret siyahı isə Tehrana çoxdan verilib.

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 663 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 663 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 663 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 663 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 663 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 663 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 663 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 663 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 663 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 663 baxış
Seçilmişlər
icon