Pleyeri seçin:
Azərbaycanın İsraildəki səfiri hücumdan yazdı
“Mən fərq qoymadan raket hücumlarını və dinc əhaliyə qarşı terror hücumlarını pisləyirəm”.
Bu fikirləri Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Minlərlə İsrail vətəndaşı kimi mən və ailəm saatlarla sığınacaqda qalmalıyıq. Mən dinc əhaliyə qarşı raket zərbələrini və terror hücumlarını pisləyirəm. Aralarında qadın və uşaqların da olduğu çoxsaylı mülki şəxslərin oğurlanması, terrorçular tərəfindən onların pis rəftara, zorakılığa məruz qoyulması məni dəhşətə gətirir”, – deyə qeyd olunub.
Diplomat bildirib ki, bütün suveren dövlətlər kimi İsrailin də sülh və təhlükəsizlik şəraitində yaşamaq hüququ var.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Pentaqondan əlavə qüvvələr, İsraildən əməliyyat hazırlığı | Yaxın Şərqdə gərginlik yenidən pik həddə
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
- Katz İranın İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə biləcəyini bildirib
- 235 milyon dollarlıq raket müqaviləsi: Azərbaycan bu silahı niyə alacaq? - HƏRBİ XRONİKA
