Pleyeri seçin:

Azərbaycanın Qarabağ ermənilərinə göndərdiyi humanitar yardımla bağlı brifinq

30 avqust 2023 126 baxış

“Bildiyiniz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının qərarına uyğun olaraq biz Xankəndidə yaşayan erməni sakinlərimizə ərzaq yardımı göndərməyə qərara vermişik. Bu qərarın nəticəsi olaraq artıq bu gün bizim cəmiyyətimizin könüllüləri, o cümlədən işçiləri və media əməkdaşları burada, Ağdam ərazisində Xankəndi yaxınlığındadır və biz bu humanitar yükü ötürmək niyyətindəyik”.

Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

“Biz bu işi ona görə görmüşük ki, Qızıl Aypara Cəmiyyəti milli cəmiyyət olaraq öz humanist və fundamental prinsiplərinə əsaslanaraq Beynəlxalq Qızıl Xaç və Aypara Hərəkatının konstitusiyasına, həmçinin bizim milli cəmiyyətin qanununa uyğun olaraq bu missiyanı həyata keçirmək əzmindədir. Bu gün hamımız burdayıq və müvafiq danışıqlar gedir. Texniki məsələləri həll etdikdən sonra biz bu yardımları həyata keçirəcəyimizə inanırıq. Danışıqlardan asılı olaraq mövcud mexanizmlərin icrasına yönələ bilərik. Mən inanıram ki, bu mexanizmlər tapılacaq”.

Sədr onu da əlavə edib ki, sülhməramlı qüvvələrlə mütəmadi olaraq danışıqlar gedir: “Həmçinin bizim tərəfdaşlarımız da bu prosesləri izləyirlər, lazım olan halda onlar da bu prosesə qoşula bilərlər. Mən inanıram ki, nəhayət, bu məsələ öz həllini tapacaq”.

“Qızıl Aypara Cəmiyyətinin imkanları az deyil, bu iki maşını göndərməklə əsas məqsədimiz ondan ibarətdir ki, vəziyyəti ilkin olaraq yoxlaya bilək, görək necədir? Görək, burada hansı hadisələr baş verə bilər. Hələ ki biz bildiyimizə görə işlər pis getmir".

Əgər müsbət nəticə olarsa, ehtiyac yaransa, qiymətləndirilmə keçirilsə, insanların digər ərzaq və ləvazimatlara tələbləri olarsa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu etməyə hazırıdır. Sabah da, birisigün də yük göndərə bilərik. Hər şey kommunikasiya və ünsiyyətdən asılıdır. Müvafiq danışıqlar getməlidir və bu danışıqlar nəticəsində ehtiyaclar müəyyənləşdirilməlidir. Biz bunları nəzərə almalıyıq. Hələ ki danışıqların detalları barədə məlumat verə bilmərəm, danışıqlar gedir. Əgər razılıq və hər hansı qərar olsa, yəqin ki, bu yüklərin ötürülməsinin siz də şahidi olacaqsınız”, – deyə AzQAC sədri qeyd edib.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 126 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 126 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 126 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 126 baxış
Seçilmişlər
icon