Siyasət
Pleyeri seçin:
Azərbaycanın XİN başçısı ABŞ-yə işgüzar səfərə yola düşdü
Sentyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Xarci İşlər Nazirliyindən xəbər verilib.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyanın 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Kopyalandı
Seçilmişlər