Azərbaycanlı nümayəndə ATƏT-i məlumatlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin sentyabrında Ermənistanın sərhəddə silahlı təxribatı göstərdi ki, dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə hər hansı üçüncü tərəflərin ilkin şərt və əsassız iddiaları olmadan ən qısa zamanda başlamaq lazımdır.
Bunu ATƏT-in Daimi Şurasının xüsusi iclasında Azərbaycanın təşkilatdakı daimi nümayəndəsi Rövşən Sadıqbəyli Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına cavabında deyib.
Daimi nümayəndə bildirib ki, Azərbaycan həmçinin üçtərəfli bəyanata uyğun olaraq regionda bütün nəqliyyat və kommunikasiya əlaqələrinin bərpasını yorulmadan təşviq edir. Bununla belə, beynəlxalq ictimaiyyətin bu təşəbbüsə güclü dəstəyinə və normallaşma gündəmini irəli aparmaq üçün göstərilən diplomatik səylərə baxmayaraq, irəliləyiş məhdud olaraq qalır. O əlavə edib ki, üçtərəfli bəyanatda qeyd olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb və Azərbaycan əraziləri daxilində müxtəlif hərbi fəaliyyətlərini davam etdirir.
Rövşən Sadıqbəyli Laçın yolu ilə qanunsuz hərbi birləşmə, silah və şəxsi heyətin qanunsuz olaraq Laçın yolu ilə Azərbaycan ərazisinə keçirilməsi məsələsinə də toxunub və bildirib ki, belə qanunsuz hallar bu yoldan humanitar məqsədlər üçün istifadə edilməsini nəzərdə tutan üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır. Laçın yolundan həm də təbii sərvətlərin Azərbaycan ərazilərindən Ermənistana daşınması üçün də istifadə olunur. Azərbaycanın müvafiq orqanlarının faydalı qazıntı yataqlarına çıxışı, ekoloji qiymətləndirmə, təbii sərvətlərin inventarlaşdırılması və yerində monitorinq aparılmasına maneə törədilməsi Azərbaycan ictimaiyyətinin haqlı hiddətinə səbəb olub və dinc etirazlara gətirib çıxarıb.
Daimi nümayəndə qeyd edib ki, artıq Azərbaycan nümayəndə heyəti Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı ATƏT-in Daimi Şurasına məlumat verib.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
