Azərbaycanlılar BMT-nin Gürcüstan ofisi qarşısında aksiya keçirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Tbilisidəki Birləşmiş Millətlər Təşilatının nümayəndəliyi qarşısında Gürcüstanda yaşayan soydaşlarımız dinc aksiya keçiriblər.
Bölgələrdən, eləcə də paytaxt Tbilisidən olan gənclər, ictimai fəallar və QHT rəhbərləri üzərlərində “Qarabağın ekoloji mühitinin dağıdılmasına görə ədalət tələb edirik!”, “Azərbaycanlı girovları azad edin!”, “Ermənistanın ekoloji terroruna son qoyulsun!”, “Ermənilərin minaları dinc sakinləri öldürür!” şüarlarının yazıldığı plakatları nümayiş etdiriblər.
Aksiya Ermənistanın yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirmək cəhdinə etiraz məqsədilə keçirilib.
Həmçinin qeyd edək ki, Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlı QHT-lər Azərbaycanın bölgədəki sülh səylərinin dərk edilməsi və dəstəklənməsi barədə bəyanatlarını da BMT-nin Gürcüstandakı nümayəndəliyinə göndəriblər.
#Gürcüstan teqi istifadə olunub
- "Hamısı qaçır!" | Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi | “Açarı dəyişib giriblər evə”
- Orta Dəhliz layihəsində Bakı ilə Tbilisi hansı yeni addımları atacaq? - Baku TV
- Yeni yük marşrutları Azərbaycanın mövqeyinə necə təsir edəcək - Baku TV
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
- Gürcü kilsəsinin ritorikası Bakı-Tbilisi münasibətlərinə təsir edəcək? - AKTUAL GÜNDƏM
