Pleyeri seçin:

Babayanın əsl məqsədi Qarabağ deyil | Erməni nəşrindən qalmaqallı xəbər

26 iyun 2024 813 baxış

Qarabağdakı keçmiş separatçı rejimin təhlükəsizlik şurasının katibi olmuş Samvel Babayan öz ətrafı vasitəsilə son zamanlar Qarabağ ermənilərini bölgəyə qayıtmaq üçün razı salmağa çalışır. Bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Babayanın qohumları onun adından deyirlər ki, əgər 2000 insan toplaşa bilsə, onlar Xankəndiyə oradan çıxdıqları kortejlə qayıda biləcəklər. Bu fonda Babayanın adamları həmçinin bu insanların Azərbaycan hakimiyyəti altında yaşayacaqlarını deyir:

“Babayan deyir ki, şəxsən özü geri dönüş marşına rəhbərlik edəcək. Daha dəqiq desək, Babayan “Kadırov-2” olmaq istəyir. O, Çeçenistan lideri Ramzan Kadırovun Rusiya Prezidenti Vladimir Putinə xidmətini təkrarlamağı xəyal edir. Samvel Babayan Qarabağın Azərbaycanın tərkibinə keçməsindən öncə tək-tük adamlardan idi ki, Azərbaycanla qarşılıqlı anlayış tapılmasını ictimai şəkildə deyirdi”.

Qəzet yazır ki, Babayanın mövqeyi ilə separatçıların böyük qismi razı deyil. Onlar həmçinin Babayanın məqsədinin Qarabağa dönüş yox, Paşinyana gizli dəstək göstərmək olduğunu düşünürlər. Yəni Babayan bunun sayəsində Qarabağ ermənilərini Ermənistandakı etirazlardan kənarda saxlamağı bacarmalıdır.

“Hraparak” həmçinin Xankəndidə Rusiya konsulluğunun açılması planının Babayanın erməniləri geri qaytarmaq istəməsi ilə nə qədər əlaqəli ola biləcəyi ehtimalına da diqqət yetirib. Lakin qəzet konsulluğun açılmasının ermənilərin geri dönüşü üçün olmadığı qənaətinə gəlib:

“Bizim Qarabağın “siyasi dairələrindəki” mənbəmiz deyir ki, əslində, rusiyalılar konsulluğu sülhməramlılara alternativ olaraq açırlar. Sülhməramlılar getsə də, Rusiya regiondan getmək istəmir və sadəcə, Xankəndidə gözlərinin və qulaqlarının olmasını istəyir”.

İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

İlham Əliyev İsveçin Azərbaycandakı yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
23 sentyabr 2026 813 baxış
BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

BMT-nin sınaq həftəsi: müharibələr, nüvə gərginliyi və yeni dünya nizamı - AKTUAL GÜNDƏM

Siyasət
23 sentyabr 2026 813 baxış
Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Azərbaycan-Estoniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı müzakirə - Baku TV

Siyasət
23 sentyabr 2026 813 baxış
Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV

Bayramov və Əraqçinin görüşündə ikitərəfli münasibətlərə dair hansı məsələlərə toxunuldu? - Baku TV

Siyasət
23 sentyabr 2026 813 baxış
İrandan Azərbaycana uçuşlar dayandırılıb | Səfirlik vətəndaşlara müraciət etdi - Baku TV

İrandan Azərbaycana uçuşlar dayandırılıb | Səfirlik vətəndaşlara müraciət etdi - Baku TV

Siyasət
23 sentyabr 2026 813 baxış
ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR

ABŞ və İran arasında gözlənilən saziş imzalanacaq? | Hörmüz boğazı açıla bilər - YENİ BİR SƏHƏR

Siyasət
23 sentyabr 2026 813 baxış
Türk dövlətlərinin müdafiə əlaqələri daha da dərinləşir - Baku TV

Türk dövlətlərinin müdafiə əlaqələri daha da dərinləşir - Baku TV

Siyasət
23 sentyabr 2026 813 baxış
Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV

Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV

Siyasət
22 sentyabr 2026 813 baxış
ABŞ Prezidenti Bakı ilə İrəvan arasındakı prosesdən danışdı - Baku TV

ABŞ Prezidenti Bakı ilə İrəvan arasındakı prosesdən danışdı - Baku TV

Siyasət
22 sentyabr 2026 813 baxış
Prezident İlham Əliyev mühüm Dövlət Proqramı ilə bağlı müşavirə keçirdi - Baku TV

Prezident İlham Əliyev mühüm Dövlət Proqramı ilə bağlı müşavirə keçirdi - Baku TV

Siyasət
22 sentyabr 2026 813 baxış
Seçilmişlər
icon