Paşinyanın daha bir hiyləgər planı ifşa olundu | “Hraparak”dan sensasiyalı məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan Baş naziri Nikol Paşinyan ləğv edilmiş separatçı rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Samvel Babayanla əməkdaşlığını yenidən gücləndirib.
Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Qarabağlı ermənilər arasında Paşinyanla Babayan arasında kölgə əməkdaşlığının yenidən gücləndiyi barədə söz-söhbətlər var. İddiaya görə, Babayana tikinti tenderləri sahəsində müəyyən kvota verilib. O, qarabağlı ermənilər və iş adamları ilə aktiv görüşlər keçirir. Babayan bunu daha çox pul yox, özünə qarabağlı ermənilər arasında daha çox tərəfdar cəlb etmək üçün edir.
Babayan qarşıdan gələn parlament seçkilərinə qədər “təsiredici müxalifət elektoratı” formalaşdırmağa çalışır. O, gələn il keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir”, – məlumatda deyilir.
İddiaya görə, Babayan İrəvanda fəaliyyətini davam etdirən keçmiş qondarma qurumun QHT-yə çevrilməsinin tərəfdarıdır. Erməni mənbələri bunun Paşinyanın planı olduğunu, məqsədin separatçı ünsürlərin fəaliyyətlərinə birdəfəlik son qoymaq olduğunu yazır.
#Ermənistan teqi istifadə olunub
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
- İranın Ali Rəhbərinin müşaviri Ermənistanın TRIPP layihəsində iştirakına etiraz edib - Baku TV CANLI
- Qovulan azərbaycanlıların kəndindən qalan məscid | Xələcdə üzə çıxan tarixi tapıntı - Baku TV
- Tarixi sənədlərdə Xələc kəndi ilə bağlı hansı məlumatlar yer alır? - Baku TV
- Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib
