Pleyeri seçin:

Bakı Təşəbbüs Qrupu Fransanın qəddar siyasətini unutmur, unutdurmur - Baku TV

13 may 2026 519 baxış

Fransanın Yeni Kaledoniyada kütləvi etirazları qəddarcasına yatırmasından iki il ötür.

Bu barədə Bakı Təşəbbüs Qrupunun sosial şəbəkələrdə paylaşdığı videomaterialda bildirilib.

Yerli sakinlərin – kanakların müstəqillik uğrunda mübarizəsi çərçivəsində baş verən etirazlar 2024-cü ilin yazında keçirilib.

Fransa parlamenti Yeni Kaledoniya ərazisində 10 ildən çox yaşayan şəxslərə regional seçkilərdə iştirak etmək hüququnun verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Buna cavab olaraq 2024-cü il mayın 13-də Yeni Kaledoniyanın paytaxtı Numeada nümayiş keçirilib. Yerli əhali bu qərarı Parisin arxipelaqda öz nüfuzunu gücləndirmək və onun müstəqillik əldə etməsinə mane olmaq cəhdi kimi qiymətləndirib.

Etirazlar fonunda Fransa hakimiyyəti Yeni Kaledoniyaya qoşun yeridib. Etirazçılara qarşı 30 ədəd zirehli avtomobil, 3 min hərbçi cəlb edilib.

"Fransa güc strukturları tərəfindən güc tətbiq edilməsi nəticəsində 14 nəfər ölüb, 3 min nəfər yaralanıb. 243 etirazçı həbs edilib", – deyə BTQ-nin məlumatında vurğulanıb.

2024-cü il 13 may hadisələrindən sonra Yeni Kaledoniyadakı vəziyyət beynəlxalq təşkilatlar tərəfindən ciddi narahatlıqla qarşılanıb.

Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları Fransanın seçici korpusunu dəyişdirmək təşəbbüsünün kanak xalqının siyasi hüquqlarına, öz müqəddəratını təyinetmə hüququna və dekolonizasiya prosesinə zidd olduğunu vurğulayıb, Fransanı yerli xalqın razılığı olmadan siyasi dəyişikliklərdən çəkinməyə çağırıb.

BMT ekspertləri güc tətbiqi, kütləvi həbslər və repressiv tədbirlərlə bağlı narahatlıqlarını ifadə edərək bu məsələnin təhlükəsizlik deyil, beynəlxalq hüquq və dekolonizasiya məsələsi olduğunu vurğulayıblar. 

Banner
Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Xələc kəndində aşkar edilən tikilinin üzərindəki ərəb yazısı nəyi üzə çıxarır?

Siyasət
05 noyabr 2026 519 baxış
Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi

Siyasət
05 noyabr 2026 519 baxış
Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Referendum ətrafında mübarizə növbədənkənar seçkini qaçılmaz edir? - AKTUAL GÜNDƏM

Siyasət
05 noyabr 2026 519 baxış
Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Türkiyə Prezidentinin Azərbaycana gəlişi ilə bağlı təfərrüatlar açıqlandı - Baku TV

Siyasət
05 noyabr 2026 519 baxış
Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Ərdoğanın Azərbaycana səfəri ilə bağlı detallar açıqlandı - Baku TV CANLI

Siyasət
05 noyabr 2026 519 baxış
İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR

Siyasət
05 noyabr 2026 519 baxış
Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
04 noyabr 2026 519 baxış
Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb

Siyasət
04 noyabr 2026 519 baxış
Azərbaycanın növbəti strateji hədəfi nədir?

Azərbaycanın növbəti strateji hədəfi nədir?

Siyasət
04 noyabr 2026 519 baxış
Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Azərbaycanla sülh, Avropa ilə yaxınlaşma arzusu

Siyasət
04 noyabr 2026 519 baxış
Seçilmişlər
icon