Pleyeri seçin:

Bakı və İrəvan arasında həll olunmalı ən çətin məsələ? | Qalmaqallı açıqlama

10 iyul 2024 271 baxış

“Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunması ehtimalı 50/50-dir”.

Bunu Karnegi Fondunun eksperti Tomas De Vaal deyib.

“Məncə, digər problem odur ki, əgər biz sülh müqaviləsindən bəhs ediriksə, orada bəzi şeylər olmayacaq. Məsələn, hazırda mən başa düşdüyüm qədər ilə sülh müqaviləsində Naxçıvana keçid marşrutu ilə bağlı heç nə yoxdur. Böyük ehtimalla da olmayacaq. Ona görə də bu hələ həll edilməsi gərəkən çox çətin problemdir. Üstəlik, çoxlu humanitar məsələlər var ki, onların da həll edilib-edilməyəcəyi bilinmir”, – deyə o bildirib.

De Vaal qeyd edib ki, yaxın gələcəkdə tərəflərin hər şeyi əhatə edəcək müqavilə imzalayacağına inanmır:

“Belə sənədlər həddən artıq əhatəli olur və adətən onların üzərində çox uzun müddət işçi qrupları işləyir. İndi aydındır ki, Azərbaycanla Ermənistan arasında toplanıb qalmış çoxlu tarixi məsələlər var. Onları isə sürətli həll etmək çətindir. Ona görə də müqavilə imzalanarsa, bu, ümumi prinsipləri olan çərçivə razılaşması olacaq”.

De Vaal onu da bildirib ki, razılığın əldə olunmasından sonra belə Azərbaycan və Ermənistan hər biri bunu fərqli şəkildə şərh etməyə çalışa bilərlər:

“Məhz buna görə erməni tərəfinə beynəlxalq iştirak çox vacibdir. Bu, məsələn, sülh prosesini dəstəkləyən BMT Təhlükəsizlik Şurasının qətnaməsi belə ola bilər. Üstəlik, burada Qərbin açıq maraqları var.

Digər sual o olacaq ki, Rusiyanın maraqları nədir? Ona görə də indi ümumi kontekst çox yaxşı deyil. Amma digər tərəfdən nə Azərbaycan, nə də Ermənistanın yeni böyük konflikt istədiyini düşünürəm. Məncə, ən yaxşı xəbər heç kimin müharibədə maraqlı olmamasıdır”.

İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

İran Prezidentindən Azərbaycanla bağlı diqqətçəkən açıqlama - Baku TV

Siyasət
10 avqust 2026 271 baxış
"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

"Hər zərbəyə cavab verəcəyik!" | Zelenskidən Rusiyaya sərt mesaj - Baku TV CANLI

Siyasət
10 avqust 2026 271 baxış
Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Vaşinqtonda yaradılan sülh imkanları regionun gələcəyini necə dəyişəcək? - Baku TV

Siyasət
10 avqust 2026 271 baxış
Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Türkiyə XİN başçısı Hakan Fidandan vacib açıqlama - Baku TV

Siyasət
09 avqust 2026 271 baxış
ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

ABŞ-dən Azərbaycan və Ermənistana mühüm mesaj - Baku TV

Siyasət
09 avqust 2026 271 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV

Siyasət
08 avqust 2026 271 baxış
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Prezident İlham Əliyev Donald Trampa məktub ünvanladı - Baku TV CANLI

Siyasət
08 avqust 2026 271 baxış
Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Vaşinqton Bəyannaməsindən bir il ötür: Cənubi Qafqazda nələr dəyişdi? - Baku TV

Siyasət
08 avqust 2026 271 baxış
Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Vaşinqtonda imzalanan sənəd Cənubi Qafqazda yeni reallığın əsasını qoydu - Baku TV CANLI

Siyasət
08 avqust 2026 271 baxış
Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Millət vəkili tarixi Vaşinqton Bəyannaməsi ilə bağlı vacib məqamdan söz açdı - Baku TV

Siyasət
08 avqust 2026 271 baxış
Seçilmişlər
icon