Bakıdan Qarabağ ermənilərinə göndərilən yardımların siyahısı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan erməni sakinləri bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır".
Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb. O, Azərbaycanın Qarabağın erməni sakinlərinə göstərdiyi yardım və sosial xidmətlərlə bağlı statistikanı da paylaşıb.
Bildirilib ki, Qarabağın erməni sakinlərinə sentyabrın 22-də ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb. Onların içində 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9600 uşaq bezi olub. Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı olub. Sentyabrın 25-də Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayışdan zərər çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib.
Sentyabrın 26-da 65500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 50 ton dizel yanacağı, 68 ton benzin, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un göndərilib. Bundan başqa, sentyabrın 26-da Fövqəladə Hallar Nazirliyi partlayışla əlaqədar Xankəndiyə 15 xüsusi təyinatlı yanğınsöndürmə briqadası göndərib və alov uğurla söndürülüb. Həmçinin Xankəndi-Şuşa-Füzuli-Qubadlı-Eyvazlı yolu Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobillərinin hərəkəti üçün açılıb. Xankəndidən təxliyələrə komitənin təcili yardım maşınları kömək edib. Sentyabrın 27-də əraziyə Fövqəladə Hallar Nazirliyinin 50 nəfərlik canlı qüvvə ilə 10 xüsusi təyinatlı yanğınsöndürmə maşını göndərilib. Xocalıda səhra xəstəxanası və mətbəxlərin quraşdırılmasına başlanılıb. Erməniəsilli şəxslər 32 ton qaz, 23160 peçenye, 10000 şokolad, 31860 şüşə içməli su ilə təchiz ediliblər.
Sentyabrın 29-da Xocalıda səhra xəstəxanasının quraşdırılması işini asanlaşdırmaq üçün Fövqəladə Hallar Nazirliyi 53 avtomobil və zəruri avadanlıq göndərib. Azərbaycan xilasediciləri Xankəndi yaxınlığında baş vermiş partlayış nəticəsində 48 nəfərin cəsədini dağıntılar altından çıxarıblar. Daha sonra Qarabağı könüllü tərk edən erməni sakinləri Xankəndidən “Laçın” sərhəd-keçid məntəqəsinə aparmaq üçün 10 avtobus göndərilib.
#Hikmət Hacıyev teqi istifadə olunub
- Enerji və Orta Dəhliz tərəfdaşlığın əsas istiqamətlərinə çevrilir - Baku TV
- Bakıda AQEM-in ilk Media Forumu | Regionda etimadın gücləndirilməsi diqqət mərkəzində - Baku TV
- Hikmət Hacıyev diplomatik nümayəndəliklərə çağırış etdi - Baku TV
- Hikmət Hacıyev Xankəndidə diplomatik korpusa müraciət etdi - Baku TV
- Hikmət Hacıyev Prezidentin konfrans iştirakçılarına müraciətini səsləndirdi - Baku TV
