Bakıdan Xankəndiyə növbəti humanitar yardım göndərilə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz sabah da, birisigün də Qarabağdakı erməni əsilli şəxslərə yardım göndərə bilərik”.
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qızıl Aypara Cəmiyyətinin imkanları o qədər də az deyil:
“Bizim iki humanitar karvanı göndərməkdə əsas məqsədimiz ondan ibarət olub ki, görək vəziyyət necədir və burada hansı hadisələr baş verir. Hələ ki işlər pis getmir. Əgər müsbət nəticə olarsa, qiymətləndirilmə keçirilərsə, insanların hansısa ərzağa və ləvazimatlara tələbləri olsa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu da etməyə hazırdır. Biz sabah da, birisigün də yardım göndərə bilərik. Hər şey kommunikasiyadan asılıdır. Müvafiq danışıqlar getməlidir və ehtiyaclar müəyyənləşdirilməlidir”.
#Azərbaycan Qızıl Aypara Cəmiyyəti teqi istifadə olunub
