Blinkendən Paşinyana delimitasiya ilə bağlı zəng
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub. Bu barədə yerli mediada məlumat yayılıb.
Söhbət zamanı Tavuş vilayətində delimitasiya və Azərbaycanla danışıqlar müzakirə edilib. Tərəflər aprelin 5-də Brüsseldə üçtərəfli görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər.
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib. Bununla birlikdə, Baş nazir qaldırılan problemlərin həlli üçün mümkün olan hər şeyin ediləcəyinə əminlik verib.
Danışıq zamanı bildirilib ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin delimitasiyası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
