BMT-də Ermənilərin "aclıq oyunları"na sarsıdıcı cavab
Yeniliklərdən dərhal xəbərdar olun
“Mənim BMT-nin Ali Məclisinə təqdim etmək istədiyim başqa bir məsələ də var. Sosial şəbəkələr yerli ermənilərin müxtəlif yubileyləri, toyları, ad günlərini və digər xoş hadisələri qeyd edən müxtəlif videolarla doludur”.
Bunu Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində “humanitar böhran”la bağlı müzakirələrdə cavab olaraq səsləndirib.
“Bu videolar onların orada aclıq çəkmələri və humanitar böhrandan əziyyət çəkmələri barədə deyilənləri qəti şəkildə təkzib edir. Mən ərazimizdəki etnik erməniləri nəzərdə tuturam.
Gördüyünüz kimi, insanlar xoşbəxtdirlər, toylarda rəqs edirlər, ad günlərini qeyd edirlər. Budur, çox dadlı tort və sair.
Bu məlumatı mənim sağımda oturan həmkarımla bölüşməkdən məmnunam”, – deyə Yaşar Əliyev qeyd edib.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
