Pleyeri seçin:

BMT heyətini bölgəyə dəvət etmək şəffaf siyasətin göstəricisidir

02 oktyabr 2023 83 baxış

Azərbaycanın keçirdiyi 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ölkə ərazisində suveren dövlət hüquqlarının tam şəkildə həyata keçirilməsini təmin edib. Bu əməliyyat böyük bir əraziyə nəzarət edən xunta rejiminin qanunsuz fəaliyyətinə son qoyub.

Separatçılar ağ bayraq qaldırıb təslim olandan sonra Azərbaycan bir daha humanizm prinsipləri sərgiləyərək erməniəsilli sakinlərin reinteqrasiyası üçün bütün zəruri addımları atdı. Lakin təəssüf ki, Ermənistanın mövcud hakimiyyəti və Qarabağdakı qondarma rejim bu dəfə də rəsmi Bakının humanizm siyasətini tam layiqincə dəyərləndirə bilmədilər.

Real vəziyyət budur ki, Azərbaycan erməniəsilli şəxsləri öz ərazisindən zorla çıxarmır, onlara hər hansı təzyiq göstərilmir. Öz xoşları ilə Azərbaycanı tərk edən erməniəsilli şəxslər beynəlxalq statuslu media qurumlarına açıqlamalarında bildirirlər ki, Xankəndidəki separatçı rejim və onun təsirində olan qüvvələr erməniəsilli sakinləri inandırırlar ki, bu cür kütləvi köç ermənilərin ümummilli maraqlarına uyğundur. Bütün bu baş verənlərdə yenə də saxta “Böyük Ermənistan” xülyası ilə bağlı yaramazlıqlar görünür.

Yeri gəlmişkən, Azərbaycan BMT-nin müvafiq qurumlarını Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT ilə Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə, yəni təşkilatın 2021-2025-ci illərə dair fəaliyyəti çərçivəsinə uyğun olaraq həyata keçiriləcək.

Məlum olduğu kimi, Ermənistan tərəfi uzun müddət ərzində Azərbaycan ərazilərinin işğalı zamanı işğal, dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə BMT başda olmaqla beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə səfərini hər zaman əngəlləyib və ya məhdudlaşdırıb.

Hətta məhdud missiyalardan sonra belə Ermənistan onların gəldiyi nəticələrə ya məhəl qoymayıb, ya da onları təhrif edib. Azərbaycan BMT missiyasını Qarabağ bölgəsinə dəvət etməklə açıq şəkildə bütün dünyaya göstərdi ki, cavab verə bilməyəcəyi heç bir sual, gizlədəcəyi heç bir məqam yoxdur.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 83 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 83 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 83 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 83 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 83 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 83 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 83 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 83 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 83 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 83 baxış
Seçilmişlər
icon