BMT missiyası: Qarabağda mülki infrastruktura heç bir ziyan dəyməyib
Yeniliklərdən dərhal xəbərdar olun
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin rəhbərlik etdiyi BMT missiyası oktyabrın 1-i Azərbaycanın Qarabağ bölgəsinə səfər edib.
Bu barədə təşkilatın səfərin yekunlarına dair hesabatında deyilir.
Missiya heyəti Ağdamdan keçərək Xankəndi şəhərinə səfər edib. Burada yerli əhali ilə görüşüb. Səhiyyə və təhsil müəssisələri ilə bağlı vəziyyətlə yaxından tanış olub.
Heyətin baş çəkdiyi şəhərdə mülki-ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın dəydiyi müşahidə olunmayıb.
Missiya Azərbaycan hökumətinin şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığını qeydə alıb. Bununla yanaşı, BMT missiyası şəhərdə çox az sayda yerli əhalinin qaldığını görüb.
Heyətlə həmsöhbət olanlar Qarabağ bölgəsində 50-1000 nəfər arası etnik erməninin qaldığını bildiriblər. Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb.
Heyət kənd təsərrüfatı infrastrukturunun hər hansı məhvini müşahidə etməyib. Missiya 2020-ci ildə geri qaytarılan ərazilərin bir hissəsi olan Ağdamdan keçərək dağıntı və minalarla mübarizə ehtiyaclarını, habelə hökumət tərəfindən aparılan yenidənqurma işlərini müşahidə edib.
Hesabatda qeyd olunub ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi regiona müntəzəm səfərlərini davam etdirməyi planlaşdırır.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
