BMT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş 28 May ‒ Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
“Ölkənizin Müstəqillik Günü münasibətilə sizə təbriklərimi çatdırıram. Milli bayramlar, eyni zamanda ortaq qlobal çağırışlar üzərində düşünmək üçün fürsət yaradır.
Hazırda beynəlxalq ictimaiyyət iqlim böhranından tutmuş münaqişələrə, artan bərabərsizliklərə qədər bir çox çətinliklərlə üzləşir ki, bunlar da çoxtərəfli həll yolları tələb edir. Gələcək üçün paktın mahiyyəti də məhz budur. Keçən il Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən bu tarixi sənədin mərkəzində çoxtərəfliliyi möhkəmləndirmək və davamlı sülhü, dayanıqlı inkişafı, hamı üçün insan hüquqlarının təmin olunmasını təşviq etmək tələbi dayanır.
Bu əlamətdar gün münasibətilə Azərbaycan xalqına bir daha ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, ‒ deyə təbrikdə qeyd olunur.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
