BMT sözçüsü Ermənistanın mina terrorundan danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“BMT Mina Fəaliyyəti Xidməti vasitəsilə Azərbaycan hökumətinin minatəmizləmə fəaliyyətlərini uzun müddətdir dəstəkləyir və biz bunu bu və ya digər şəkildə bacardığımız qədər davam etdirəcəyik. Çünki bu çox təhlükəli və məkrli silahdan qurtulmalıyıq”.
Bunu “Report”a müsahibəsində BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.
“Ərazilərin minalardan təmizlənilməsi 5-10 ildən çox vaxt aparacaq. Biz bilmirik nə vaxt uşaqlar həmin yerlərdə oyun oynaya biləcək, fermerlər həmin torpaqlarda kənd təsərrüfatı işləri aparacaq.
Bilirsiniz ki, BMT yaxın zamanda Qarabağ bölgəsinə xüsusi missiya göndərdi və oradakı vəziyyət həmin komanda vasitəsilə sənədləşdirildi. Əminəm ki, artıq bölgədəki vəziyyət bir qədər fərqlidir və yerdəki vəziyyətə yanaşma dəyişib. Əminəm ki, bundan sonra da bölgədə yaşayan insanların xeyrinə əlimizdən gələn köməyi edəcəyik”, – o vurğulayıb.
#Stefan Düjarrik teqi istifadə olunub
- 2025-ci ildə bu rəqəm 6 milyona yaxın olub
- BMT-dən ABŞ və İran arasında gərginliklə bağlı mesaj - Baku TV
- Quterreşin sözçüsü hamını maraqlandıran məsələyə aydınlıq gətirdi
- "Mübahisələrin sülh yolu ilə həllindən başqa alternativi yoxdur" | Stefan Düjarrik
- BMT baş katibinin sözçüsündən Hörmüzlə bağlı önəmli açıqlama
